“Qarabağ”ın qapıçısı Mateuş Koxalski zədəsini sağaldıb.
Apasport.az saytına verilən məlumata görə, polşalı qolkiper komandanın məşqlərinə qoşulub.
O, Ağdam təmsilçisinin dünənki məşqində iştirak edib.
Koxalski zədə səbəbindən Avropa Liqasının 7-ci turunun FKSB görüşünü buraxıb. Qapıçı zədəsini tam sağaltdığı üçün “Qarabağ”la birlikdə “Olimpiakos”la matç üçün Pireyə yollanıb.
Məlumata görə, Avropa Liqasının sonuncu turunun oyununda “Qarabağ”ın qapısı məhz Koxalskiyə tapşırılacaq.
Qeyd edək ki, 24 yaşlı polşalı mövsümün əvvəlində Ağdam klubuna keçib və onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək