Afrikada ilin ən yaxşısı adına namizədlər: Osimhen və Salah siyahıdan kənarda
11.11.2026 - 08:55
Afrikada ilin ən yaxşısı adına namizədlər: Osimhen və Salah siyahıdan kənarda

Afrika Futbol Konfederasiyası (CAF) 2026-cı ilin ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısını açıqlayıb.

Apasport.az xəbər verir ki, mükafat uğrunda 10 futbolçu mübarizə aparacaq.

Namizədlər arasında PSJ-nin müdafiəçisi Əşrəf Hakimi, “Real Madrid”in yarımmüdafiəçisi Brahim Dias və “Əl-Nəsr”in hücumçusu Sadio Mane də yer alıb.

Diqqətçəkən məqam isə “Qalatasaray”ın nigeriyalı hücumçusu Viktor Osimhen və “Trabzonspor”un misirli ulduzu Məhəmməd Salahın siyahıya daxil edilməməsidir. Ötən il Əşrəf Hakimi ilə birlikdə mükafatın son üç namizədi arasında yer alan hər iki futbolçu bu dəfə ilk 10-luğa belə düşməyib.

Osimhen 2023-cü ildə, Salah isə 2017 və 2018-ci illərdə Afrikanın ən yaxşı futbolçusu seçilib.

Afrikada ilin ən yaxşı futbolçusu adına namizədlər:

  • Amad Diallo (Kot-d'İvuar)
  • Yoan Vissa (Konqo DR)
  • Antuan Semenyo (Qana)
  • İsmayıl Saybari (Mərakeş)
  • Əşrəf Hakimi (Mərakeş)
  • Brahim Dias (Mərakeş)
  • İsmayla Sarr (Seneqal)
  • Pap Qeye (Seneqal)
  • Sadio Mane (Seneqal)
  • Teboho Mokoena (CAR)

Qeyd edək ki, mükafatın qalibi dekabrın 2-də Nigeriyanın Laqos şəhərində keçiriləcək mərasimdə açıqlanacaq.

Ötən il bu ada Əşrəf Hakimi layiq görülüb.