Levandovskiyə yeni təklif
09.07.2022 - 22:23
“Bavariya”nın hücumçusu Robert Levandovski daha bir klubun transfer gündəminə düşüb.
Apasport.az saytının məlumatına görə, “Barselona”dan sonra indi də PSJ Polşa millisinin üzvünə elçi düşüb.
Bir müddətdir onun “Barselona” ilə danışığının gedişatını izləyən parislilər artıq onu heyətə qatacağına inanır. Buna səbəb ispanların tələb olunan maliyyəni qarşılaya bilməməsidir. PSJ tezliklə almanlarla rəsmi danışığa başlayacaq.
Qeyd edək ki, “Bavariya” Levandovskinin transferindən 40 milyon avroluq gəlir götürməyi planlaşdırır.
- Röyalə Fətəliyeva Parisə yollanan heyətdən çıxarılıb
- "Neftçi"nin 2 futbolçusu "Qarabağ"la oyunu buraxacaq
- Stolüstü tennisçilərimiz Qazaxıstana yollanıb
- Azərbaycanın altı boksçusu Gürcüstanda keçirilən beynəlxalq turnirdə rinqə çıxacaq
- Qurban Qurbanov Tovuzda duyğulandı: 25-26 il əvvələ getdim... - MÜSAHİBƏ
0
0