Millimizin üzvü oynadı, komandası məğlub oldu
16.02.2025 - 01:23
Türkiyə I liqasında XXV turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geydiyi “Çorum” səfərdə “Kocaelispor”la qarşılaşıb.
Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Görüşə ehtiyat oyunçular skamyasında başlayan Coşqun 83-cü dəqiqədə Ertuğrul Tunahanı əvəzləyib.
25 turdan sonra aktivində 38 xalı olan “Çorum” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
- “Kəpəz” - “Neftçi” matçının hakimləri açıqlandı
- Azərbaycan kubokunda I divizion klubları darmadağın oldu - YENİLƏNİB
- “Qarabağ” – “Sürix” matçı bosniyalı hakimə tapşırıldı
- Qurban Qurbanov davam edən danışıqlardan və Lunyovun transferinin alınmamasından danışdı - Video
- "Olimpik Lion"u qara zolaqdan çıxaracaq məşqçi
0
0