Şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək
18.04.2025 - 16:33
Şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək

AFFA-nın təşkilatçılığı ilə aprelin 19-20-də Qaxda 14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək.

Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirin ilk günündə 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq.

İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaqlar. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku”nun ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin baş tutmasında əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.