Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayacaq Zaqreb “Dinamo”sunun rəqibi dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Xorvatiya təmsilçisi qitənin ən mötəbər klub turnirində 2022/2023 mövsümünə “Şkupi” ilə start verəcək.
Şimali Makedoniya klubu bu hüquqa ilk mərhələdə “Linkoln”u (Cəbəllütariq) mübarizədən kənarlaşdırmaqla yiyələnib. “Şkupi” cavab görüşündə 0:2 hesabı ilə uduzsa da, evdə 3:0 hesabı ilə qalib gəldiyindən mərhələ adlayıb.
İlk oyun iyulun 19-da Zaqrebdə, ikinci matç bir həftə sonra Skopyedə olacaq.