Karlsen növbəti çempionluğunu qazanıb
22.12.2024 - 00:24
Karlsen növbəti çempionluğunu qazanıb

Champions Chess Tour beynəlxalq şahmat turnirinin qalibi bəlli olub.

Apasport.az xəbər verir ki, finalda Maqnus Karlsen Yan Nepomnyaşini məğlub edib.

Norveçli qrosmeyster rusiyalı rəqibinə 4:1 hesabı ilə qalib gəlib. Alireza Firuzca və Maksim Vaşe-Laqrav isə yarışı 3-cü pillədə başa vurublar.

Qeyd edək ki, turnirin mükafat fondu 500 min ABŞ dolları olub.

writer photo
Əlirza Əlirzalı
0