FİFA-nın keçmiş prezidenti Zepp Blatter DÇ-2030-un ev sahibliyi ilə bağlı seçimi tənqid edib.
Apasport.az saytı xəbər verir ki, o, turnirin 3 qitə və 6 ölkədə keçirilməsini uğursuz addım adlandırıb.
“Turnirin belə parçalanması absurd qərardır. Dünya çempionatının final mərhələsi kompakt şəkildə təşkil olunmalıdır. Tarixi səbəbləri nəzərə alsaq, 2030-cu ildə çempionar Cənubi Amerikada keçirilməli idi”, - deyə dünya ali futbol qurumun keçmiş rəhbəri bildirib.
Qeyd edək ki, FİFA-nın qərarına əsasən, DÇ-2030-un üç oyununa Argentina, Uruqvay və Paraqvayda, qalan hissəsinə isə İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.
Blatter FİFA-nı tənqid etdi
08.10.2023 - 17:09
0
0