ÇL-in qalibi olmuş klub peşəkar statusunu itirdi
07.01.2025 - 12:54
ÇL-in qalibi olmuş klub peşəkar statusunu itirdi

Çinin “Quançjou” klubu peşəkar statusunu itirib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Quançjou” yığılmış borclar səbəbindən peşəkar yarışlardan imtina etmək qərarına gəlib.

Sözügedən klubun əsası 1954-cü ildə qoyulub. “Quançjou” 2011-2017-ci illərdə ardıcıl 7 dəfə Çin Super Liqasını qazanıb. Klub eyni zamanda iki dəfə Çin Kuboku, iki dəfə Superkubok və bir dəfə Asiya Çempionlar Liqasının qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0