Keyn "Bavariya"da mükafat qazandı
16.05.2024 - 10:58
Keyn "Bavariya"da mükafat qazandı

Harri Keyn apreldə "Bavariya"nın ən yaxşı futbolçusu mükafatının qalibi olub.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İngiltərəli hücumçu 23 faiz səs toplayıb. Harri yarımmüdafiəçi Konrad Laymeri (17%) və qapıçı Manuel Noyeri (15%) üstələyib.

Qeyd edək ki, Keyn hazırkı Almaniya çempionatının bombardiridir. 30 yaşlı forvard 32 matçda 36 qol vurub. Bundan əlavə, cari mövsümdə o, 8 məhsuldar ötürmə edib. 

writer photo
Əlirza Əlirzalı
0