"Latsio" baş məşqçisini istefaya göndərə bilər
01.03.2024 - 11:46
"Latsio" baş məşqçisini istefaya göndərə bilər

"Latsio"nun baş məşqçisi Mauritsio Sarri istefaya göndərilə bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, qeyri-qənaətbəxş nəticələrə görə klub cari mövsümün sonunda Mauritsio ilə yollarını ayıra bilər.

Klub rəhbərliyi hələlik gələcək mütəxəssislə bağlı yekun qərar verməyib.

Sarri 2021-ci ilin yayından Roma təmsilçisinin baş məşqçisidir. İtaliya çempionatının 26 turunun nəticələrinə əsasən, "qartallar" 40 xal toplayıb və turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0