“Olimpiakos”a keçidi baş tutmadı, La Liqaya gedir
01.09.2022 - 13:47
“Olimpiakos”a keçidi baş tutmadı, La Liqaya gedir

“Marsel”in futbolçusu Cordan Amavi La Liqa klubuna keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Xetafe” ilə danışıqlar aparır.

Fransa klubu oyunçunu satmağın əleyhinə deyil. Ötən mövsümün ikinci yarısını “Nitsa”da icarədə olan Amavi özünə yeni klub axtarır. Bu üzdən “Xefafe” variantına üstünlük verir.

Müdafiəçinin “Olimpiakos”a keçidi gözlənilirdi. Lakin Avropa Liqasında “Qarabağ”a rəqib olan Yunanıstan klubu ilə ilkin razılığa baxmayaraq, keçid reallaşmayıb.

Qeyd edək ki, Cordan Xorvatiyadan da təklif alıb.
 

writer photo
Əlirza Əlirzalı
0