“Qalatasaray”ın müdafiəçisi zədələnib
02.12.2024 - 15:25
“Qalatasaray”ın müdafiəçisi zədələnib

Türkiyə Super Liqa təmsilçilərindən “Qalatasaray” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, “sarı-qırmızılar”ın müdafiəçisi Abdulkerim Bardakçı sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı müdafiəçinin sol ayaq biləyindəki sümüklərdə ödəm (mayenin həddindən artıq yığılması) və ayaq biləyi bağlarında gərilmə aşkarlanıb.

Super Liqada “Eyüpspor”la matçda zədə alan Abdulkerim 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, "Qalatasaray" "Eyüpspor"la heç-heçə edib - 2:2.

writer photo
Əlirza Əlirzalı
0