Fatih Terimin yeni iş yeri rəsmiləşib
27.12.2024 - 10:41
Fatih Terimin yeni iş yeri rəsmiləşib

Xəbər verdiyimiz kimi, türkiyəli mütəxəssis Fatih Terim Səudiyyə Ərəbistanında işləyəcək.

Apasport.az xəbər verir ki, 71 yaşlı məşqçi “Əl Şabab” klubu ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

71 yaşlı mütəxəssislə 6 ay+1 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Fiorentina”, “Qalatasaray” kimi klublara rəhbərlik edən mütəxəssisin son ünvanı Yunanıstanda “Panatinaikos” olub.

0