Ronaldodan 110 min funtluq hədiyyə
24.10.2023 - 10:32
Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo növbəti böyük hədiyyəsi ilə diqqət mərkəzinə düşüb.
Apasport.az saytı xəbər verir ki, 38 yaşlı hücumçu kamerunlu döyüşçü Frensis Nqannuya saat bağışlayıb.
O, Tayson Fyuri ilə döyüşə çıxacaq Frensisə “Jacobs & Co” istehsalı olan “Heart of Ronaldo” markalı limitli saat hədiyyə edib. Bu saatın qiyməti 110 min funt sterlinqdir.
Qeyd edək ki, MMA döyüşçüsü olan Fresis peşəkar boksda debüt döyüşündə Taysonla qarşılaşacaq. Bu görüş oktyabrın 28-də Ər-Riyadda təşkil olunacaq.
0
0