Bonifeys Bundesliqada klubunu dəyişib
02.09.2025 - 09:49
"Bayer"in hücumçusu Viktor Bonifeys Bundesliqada klubunu dəyişib.
Apasport.az xəbər verir ki, 24 yaşlı oyunçu "Verder"ə keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Forvard bir illik icarə əsasında "Verder"in uğurları üçün çalışacaq. Oyunçunun müqaviləsində satınalma bəndi də yer alıb.
Qeyd edək ki, Nigeriya millisinin üzvü olan Bonifeys ötən mövsüm "Bayer"in heyətində meydana çıxdığı 27 rəsmi matçda 11 qol və 2 assistlə yadda qalıb.
- Rail Məlikov: "Millinin baş məşqçisinin avtoriteti, ağırlığı olmalıdır"
- Millimiz Fransaya məğlub oldu - YENİLƏNİB
- “Yunayted” "Siti"nin yetirməsini istəyir
- "Hayduk"un sabiq forvardı: "Çox istəyərdim ki, növbəti mərhələyə "Zirə" adlasın, onlara azarkeşlik edəcəm"
- Paralimpiyaçımızdan dünya çempionatında bürünc medal
0
0