En-Nesri rəsmən “Əl-İttihad”da
04.02.2026 - 02:24
“Fənərbaxça”nın futbolçusu Yusif En-Nesrinin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, “Əl-İttihad” 28 yaşlı hücumçunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı təmsilçisi bu keçid üçün qarşı tərəfə 15 milyon avro ödəyib.
Qeyd edək ki, Mərakeş millisinin üzvü bu mövsüm “Fənərbaxça”nın heyətində meydana çıxdığı 27 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ
- “Tottenhem” hücumçusunu satmağı planlaşdırır - BAŞ MƏŞQÇİ ÇIXIŞINDAN RAZI DEYİL
- Mundial Meksikada start götürür: İLK DAYANACAQ "AZTEKA"
- Taekvondoçularımız medala doymur: 3 qızıl, 2 gümüş, 6 bürünc medal - FOTO+VİDEO
- "Yuventus" türkiyəli futbolçunu buraxmaq istəmir - MÜQAVİLƏ YENİLƏYƏCƏK
0
0