“Nitsa”nın futbolçusu Evan Gessan “Aston Villa”ya transfer oluna bilər.
Apasport.az xəbər verir ki, bu barədə Fransanın “L’Équipe” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, tərəflər artıq transferin şərtlərində razılığa gəlib. “Aston Villa” bu keçid üçün qarşı tərəfə 35 milyon avro ödəyəcək.
24 yaşlı Fil Dişi Sahili millisinin üzvünün çərşənbə günü İngiltərəyə gələrək tibbi müayinədən keçməsi planlaşdırılır.
Qeyd edək ki, Evan ilə “Fənərbaxça” da yaxından maraqlanırdı.
Xatırladaq ki, Gessan ötən mövsüm “Nitsa”nın heyətində keçirdiyi 42 rəsmi matçda 13 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Başakşəhər"də Çağdaş Atan dövrü sona çatdı - Yeni namizəd bəllidir
- Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyinin final mərhələsi keçirilir - FOTO
- Millimiz ABŞ yığması ilə qarşılaşacaq
- Amorim çarəsiz qaldı - daha bir müdafiəçi zədələndi
- "Elə bilirdim bura alman şəhəridir" dedi - HEYƏTDƏN UZAQLAŞDIRILDI