“Fənər” sponsoru ilə müqaviləni ləğv etdi - ADI MƏRC OYUNLARI İLƏ HALLANMIŞDI
04.06.2025 - 17:38
“Fənər” sponsoru ilə müqaviləni ləğv etdi - ADI MƏRC OYUNLARI İLƏ HALLANMIŞDI

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” sponsoru ilə müqaviləyə xitam verib.

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” adı çirkli pulların yuyulması və qumar halları ilə əlaqələndirilən “Papara” şirkəti ilə əməkdaşlığa son qoyub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, daha əvvəl İstanbul Baş Prokurorluğunun apardığı istintaq zamanı “Papara” platformasının qeyri-qanuni mərc pullarının dövriyyəsində vasitəçilik etdiyi müəyyən edilmişdi.

Qeyd edək ki, “Papara” hazırda Super Liqa təmsilçilərindən “Trabzonspor”un sponsorudur.