Məşhur baş məşqçinin evi qarət olunub
24.09.2025 - 20:46
Portuqaliya milli komandasının baş məşqçisi Roberto Martinezin evi qarət edilib.
Apasport.az xəbər verir ki, oğrular evə mətbəxdən daxil olaraq, mütəxəssisin 800 min avro dəyərindəki saat kolleksiyasını oğurlayıblar.
Hadisə baş verən vaxt 52 yaşlı ispaniyalı məşqçi evdə olmayıb.
Qeyd edək ki, Roberto Martinez 2023-cü ilin yanvarından Portuqaliya millisinin baş məşqçisi kimi fəaliyyət göstərir.
- İtaliya millisinin üzvü daha 2 il “Napoli”də - RƏSMİ
- Kamilo Duran: “Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq”
- Cüdoçularımız Şimali Makedoniyada beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb
- "Çelsi"dən Dioqo Jota və qardaşının ailəsinə böyük jest
- 4 gün əvvəl istefa vermişdi - yenidən müqavilə imzaladı
0
0