Ayxan Abbasov: “Bundan sonra daha çətin olacaq”
20.09.2024 - 19:24
Misli Premyer Liqasının VII turunun "Kəpəz" - "Şamaxı" matçından (0:2) sonra qonaqların baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
"Bilirdik ki, bizi çətin oyun gözləyir. "Kəpəz" üçün hər matç geridönüş etmək üçün fürsətdir. Futbolçularıma təşəkkür edirəm. İlk 15 dəqiqədə möhtəşəm mübarizə apardılar. Düzdür, çoxlu qol epizodlarından yararlana bilmədik. Amma bu, normaldır. Çox mühüm 3 xal qazandıq. Bundan sonra daha da çətin olacaq. Yolumuza davam edəcəyik".
- "Qəbələ" təlim-məşq toplanışına başladı
- "Mançester Yunayted" Kasemiroya əvəzləyici tapdı
- "Şamaxı"nın futbolçusu Türkiyə klublarının hədəfində - "Sabah"la mübarizə aparacaqlar
- Qurban Qurbanov: Futbolçu deyir ki, mənə yaxşı təklif var. Gedim, yoxsa qalım?
- Arzu Hüseynova: “Çalışacağıq ki, narazılıq yaşanmasın”
0
0