Milli komandamız beynəlxalq turnirdə iştirak edəcək
12.02.2024 - 23:58
Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək beynəlxalq turnirə dəvət alıb.
Apasport.az xəbər verir ki, federasiyanın mətbuat xidməti açıqlayıb.
30 aprel - 1 may tarixlərində təşkil olunacaq yarışda seçməmizlə yanaşı son dünya çempionu Rumınya, Bosniya və Hersoqovina, Albaniya və Monteneqro komandaları iştirak edəcək.
Qeyd edək ki, turnirdən əvvəl komandamızın Monteneqronun Herseq Novi şəhərində bir həftəlik təlim-məşq toplanışı nəzərdə tutulub.
- Orxan Əliyev: "Ruan Renatonun özü üçün də mənə qarşı oynamaq asan deyildi"
- Dayer "Bavariya"nın hədəfində
- Şahin Diniyev: Son addım hər zaman asan olmur
- Qurban Qurbanov: "Ona qarşı oynamaq həm maraqlı, həm də gərgin olacaq"
- “Formula 1” Qatar Airways Azərbaycan Qran-prisi 2024-ün kuboku “Odlar Yurdu”na həsr edilib
0
0