"Turan Tovuz"dan növbəti transfer bombası: DANIŞIQLAR DAVAM EDİR
25.07.2025 - 14:39
"Turan Tovuz"dan növbəti transfer bombası: DANIŞIQLAR DAVAM EDİR

Lüksemburq millisinin daha bir üzvü Azərbaycanda oynaya bilər.

Apasport.az saytına verilən məlumata görə, söhbət Erik Veyqadan gedir.

Hazırda klubsuz qalan 28 yaşlı sol cinah müdafiəçisi “Turan Tovuz”un transfer siyahısında yer alıb.

Tovuz təmsilçisi Veyqanın keçidi üçün danışıqlar prosesini davam etdirir.

Qeyd edək ki, Erik “Ayntraxt” II (Braunşveyq), “Aveş”, “Vilafrankese” klublarında oynayıb. O, Lüksemburq millisində 9 matçda meydana çıxıb.

Əlavə edək ki, Lüksemburq millisinin digər üzvü Vensan Till hazırda “Zirə”də oynayır.