"Neftçi"də növbəti ayrılıq - Legioner komandadan göndərilir
22.05.2025 - 15:43
“Neftçi”də növbəti ayrılıq baş verəcək.
Apasport.az saytına verilən məlumata görə, “ağ-qaralar” daha bir legionerlə vidalaşacaq.
Klubun yeni mövsüm üçün heyətində düşünmədiyi futbolçulardan biri də Ryonosuke Ohoridir.
Komandaya mövsümün gedişində cəlb edilən yaponiyalı gözləntiləri doğrultmayıb. Buna görə də, Ohori "Neftçi"dən göndəriləcək.
Paytaxt təmsilçisi istəsə, onunla gələn ay başa çatacaq müqavilə müddəti 2 illik artırılacaqdı. Lakin rəhbərlik və məşqçilər korpusunun qərarı mənfi yöndə olub.
Qeyd edək ki, Ohori komandaya qış fasiləsində qoşulub.
- Mahir Emreli Bundesliqa yolunda - MƏSƏLƏ HƏLL OLUNDU
- "Neftçi" istədiyi transferi yekunlaşdırdı: NÖVBƏTİ HÜCUMÇU YOLDADIR
- Azərbaycan çempionatında güləşçi final görüşünə Rusiya bayrağı olan triko ilə çıxıb
- “Zirə” Niderland millisinin sabiq üzvünü TRANSFER EDİR
- Nazim Süleymanov: Azərbaycan futbolunun unudulmaz siması
0
0