“Sumqayıt” Premyer Liqa klubunun kapitanını istəyir - ÖZƏL
13.06.2025 - 20:27
“Sumqayıt” Premyer Liqa klubunun kapitanını istəyir - ÖZƏL

"Kəpəz"də kapitanlıq sarğısı daşımış Yeqor Xvalko yeni mövsümə də Azərbaycanda başlaya bilər. 

Apasport.az saytına verilən məlumata görə, belaruslu futbolçuya "Sumqayıt"da oynamaq təklif edilib. 

Xvalko özü də Azərbaycanda qalmağa müsbət yanaşdığı üçün "kimyaçılar"ın təklifini dəyərləndirməyi planlaşdırır. 

Amma onu qərarından döndərə biləcək digər təkliflər də mövcuddur. Belə ki, İsrailin "Hapoel Petak-Tihva" klubu Yeqor üçün hərəkətə keçib. 

Qeyd edək ki, 28 yaşlı müdafiəçi 3 il "Kəpəz"də oynayıb.