Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov federasiyanın mətbuat xidmətinə açıqlama verib.
O, Çexiyaya 2:6 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışıb:
"Dünənki oyunda standart vəziyyətlərdən qol buraxmamışdıq. Amma bu gün rəqib belə vəziyyətdən 4 qol vurdu. Bu da futzalda önəmli məqamdır. Hesabı erkən açsaq da, üstünlüyümüzü qoruya bilmədik. Fasiləyə bərabərliklə yollandıq. Meydan sahibi komanda dərhal qol vurdu. Sonrakı dəqiqələrdə hər şey çətinləşdi. “5-in” “4-ə” oynamaq istədik, bunun üzərində çox işləmədiyimizə görə, istədiyimiz kimi alınmadı. Yaxşı məqam o oldu ki, həmin dəqiqələrdə qol buraxmadıq. Ola bilsin, yorğunluq da sözünü desin. Çünki 7-8 futzalçı ilə oynadıq”.
O, komanda üzvlərinin sona qədər mübarizə apardıqlarını vurğulayıb: “Təkbətək mübarizələri uduzmadıq. Hardasa ustalıq səviyyəsində geri qalırıq. Bunlara baxmayaraq, hesabın oyuna görə olduğunu deməzdim. Bizim də ikinci hissədə 2-3 qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Yoldaşlıq oyunlarının da faydası çatışmazlıqları ortaya çıxarmaqdır”.
- “Formula 1”: “Maklaren”dən ardıcıl 2-ci çempionluq
- “Qarabağ”ın futbolçusunun durumuna aydınlıq gəldi - ÖZƏL
- Qurban Qurbanov: "Çalışdıq ki, onu komandada saxlayaq"
- “Neftçi” istəmədi, 2 müştəri çıxdı - EKSKLÜZİV
- Rüfət Abdullazadə: “Erzurumspor”la danışıqlar olmuşdu, amma yekunda “Səbail”də qalası oldum”