Vüsal Qələndərzadənin durumuna aydınlıq gəldi
03.05.2025 - 18:23

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadənin (73 kiloqram) Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində təsəlliverici görüşə çıxmamasının səbəbi bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.
Qurum rəsmisi jurnalistlərə açıqlamasında bu haqda danışıb: "Təəssüf ki, Vüsalın qabırğası sındı və 1/4 final görüşünü yarıda dayandırmalı oldu. Bu səbəbdən təsəlliverici görüşə də çıxa bilmədi. Təxminən iki üç ay müalicə almalı olacaq".
- FIA 2025-ci il Formula 1 Dünya Çempionatı üçün media akkreditasiya qaydalarını açıqlayıb
- Millimiz mundialı 4 medalla başa vurdu
- Rövşən Nəcəf: “Həmin yerlilərlə millidə hansı uğura imza ata bilərik?”
- "Neftçi"nin bu vəziyyətindən belə qorxanlar var: Bəs ədalət? - VİDEO
- Premyer Liqa: “Neftçi” “Zirə”yə də uduzdu - YENİLƏNİB
0
0