"Yuventus" hücumçu transferini bitirmək arzusunda
02.02.2026 - 15:15
"Yuventus" heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, Turin təmsilçisi Aleksandr Sörlotla yaxından maraqlanır.
İtaliya klubu hücumçunu qış transfer pəncərəsi bitənədək rənglərinə bağlamağı planlaşdırır.
"Qoca sinyora"nın yaxın saatlarda onun keçidi üçün "Atletiko" ilə təmasa keçəcəyi bildirilir.
Qeyd edək ki, Sörlot bu mövsüm La Liqada 21 matçda meydana çıxıb və 7 qol vurub.
- Millimizin yarımmüdafiəçisi: “Epizodları dəyərləndirməyəndə, rəqib səni cəzalandırır”
- Cahangir Fərəcullayev: “Kadr islahatları bu günlərdən başlayacaq”
- Azər Bağırov: “Gələcək oyunlarda istədiyimiz “Kəpəz”i görəcəyik”
- BATE-nin futbolçusu: "Belarusda belə stadionlar çatışmır"
- İlham Zəkiyev yenidən fəxri kürsüdə
0
0