"Atletik"in futbolçusu diskvalifikasiya edilib
08.09.2025 - 16:07
"Atletik"in futbolçusu Yeray Alvarez diskvalifikasiya edilib.
Apasport.az xəbər verir ki, ispaniyalı müdafiəçi ötən mövsüm UEFA Avropa Liqasında "Mançester Yunayted"ə qarşı çıxdığı matçda istifadəsi qadağan olunan maddədən istifadə etdiyi üçün cəzalanıb.
Bu barədə UEFA Komitəsi açıqlama verib.
30 yaşlı oyunçunun "qırmızı şeytanlar"a qarşı oynadığı qarşılaşmada xərçəng xəstəliyindən yaranan saç tökülməsinin qarşısını almaq üçün istifadə etdiyi maddənin dopinq tərkibli olduğu məlum olub.
Qurum tərəfindən futbolçuya 10 aylıq cəza verilib.
- "Qalatasaray" - "Fənərbaxça" derbisinin tarixi məlum oldu
- Elçin Məsiyev Avropa çempionatının final mərhələsinə təyinat alıb
- İngiltərə millisinin heyəti açıqlanıb - Arnold və Qriliş daxil edilməyib
- Qurban Qurbanov: “Sonda dəqiq məlumatlar bildiriləcək”
- Super Liqa: “Sivasspor”dan heç-heçə, “Antalyaspor”dan qələbə
0
0