
“Sabah” Misli Premyer Liqasının 2024/25 mövsümündə 14-cü heç-heçəsini edib.
Apasport.az xəbər verir ki, bu, XXVII turun “Zirə” ilə görüşünə təsadüf edib – 1:1.
Bununla da ölkə çempionatları tarixinin rekordu təkrarlanıb. “Sabah” bir mövsümdə ən çox heç-heçə edən komanda adına şərik çıxıb.
Bunadək üç dəfə eyni klub 14 sülhə imza atıb. 2009/10 mövsümündə “Neftçi”, üç il sonra “Bakı” 32 turluq çempionatda 14 dəfə bərabərliklə kifayətlənib. 28 turdan ibarət 2020/21 mövsümündə isə “Zirə” eyni sayda heç-heçə edib. Mövsümün sonuna qədər qalan 9 turda qeydə alınacaq bir sülhlə “Sabah” mütləq rekordun müəllifi olacaq.
- Kerem Aktürkoğlundan möhtəşəm performans - VİDEO
- Raul Qarsiya La Liqada 600-cü matçını keçirib
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"
- “Qalatasaray”lı futbolçular Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik ediblər - VİDEO
- Çimərlik voleybolu üzrə ölkə çempionatı başa çatıb