"Şamaxı" braziliyalı müdafiəçi transfer edib
10.07.2025 - 19:23
"Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisi braziliyalı futbolçu David Tomas Dos Santos Oliveyranı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı mərkəz müdafiəçisi ilə ikiillik (1+1) müqavilə imzalanıb.
Xatırladaq ki, David son olaraq Portuqaliyanın “Kovinya” klubunda çıxış edib.
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi
- "Araz-Naxçıvan" Tərlan Əhmədlinin müqavilə müddətini uzadıb
- 52 ildən sonra tarixi qələbə: Stadionu işğal edilən ölkə Dünya Çempionatında
- Qaşım Maqomedov dünya reytinqində ikinci pillədə qərarlaşıb
- 14 il sonra ilk dəfə: Azərbaycan Kuboku üçün yeni sponsor
0
0