"Selye" ilə oyunu səbirsizliklə gözləyirik".
Apasport.az xəbər verir ki, bunu "Sabah"ın qapıçısı Stas Pokatilov bu gün baş tutan mətbuat konfransında deyib.
Qazaxıstanlı qolkiper Avropa Liqasındakı rəqiblərinin güclü olduğunu bildirib:
"Rəqibin güclü və zəif tərəflərini öyrənirik. "Selye" güclü rəqibdir. Şanslar bərabərdir. Hamımız hazırıq. Hazırıq ki, ilk matçda əla futbol göstərək".
Qapıçı öncəki məşqçilər korpusuna təşəkkür edib:
"Əvvəlki məşqçi heyətimizə təşəkkür edirəm. Onlarla bərabər tarix yazdıq, ilk titulumuzu qazandıq. Yeni baş məşqçimizin oyun tərzi çox xoşuma gəlir. Qapıçılardan tələbi çox xoşuma gəlir. "Çelye" ilə oyunu səbirsizliklə gözləyirik".
- Daha bir "Qalatasaray"lı İstanbul derbisini buraxacaq
- 21 yaşadək karateçilərdən ibarət millimizdə yeni təyinat
- Azərbaycan Kubokunda son 21 ilin rekordu təkrarlanıb
- "Qarabağ" - "Sabah" matçına 5000-dən çox bilet satılıb
- "Bavariya" və "Çelsi" "Atletiko"nun futbolçusu üçün 70 milyon avro ödəməyə hazırdır