“Cenoa” Dominik Livakoviç üçün rəsmi təklif göndərib
27.12.2025 - 15:56
İtaliyanın “Cenoa” klubu “Fənərbaxça”nın qapıçısı Dominik Livakoviç üçün rəsmi təklif göndərib.
Apasport.az xəbər verir ki, A Seriyası təmsilçisi xorvatiyalı qolkiper üçün satınalma opsiyonu ilə icarə variantını İstanbul klubuna təqdim edib.
“Cenoa” rəhbərliyi yeni mövsüm üçün heyətini gücləndirmək məqsədilə Livakoviçi əsas namizədlərdən biri kimi dəyərləndirir.
Məlumata görə, tərəflər arasında danışıqlar davam edir və “Fənərbaxça”nın təkliflə bağlı yekun qərarı yaxın günlərdə verəcəyi gözlənilir.
- Okan Buruk açıqladı: 2 həftə daha meydandan kənarda qalacaq
- "Neymarın gəlişindən sonra "Santos"un azarkeşləri çoxalıb" - Klub prezidenti
- Fofana Türkiyəni seçdi: “Qalatasaray” transferdə israrlıdır
- Elçin Məsiyev Avropa çempionatının yarımfinalına təyinat aldı
- Flik: "Tezliklə onu "Barselona"nın kapitanı kimi görəcəyik"
0
0