La Liqa: "Real"dan inamlı qələbə
17.01.2026 - 18:57
İspaniya La Liqasının 20-ci turunda "Real Madrid" doğma meydanda "Levante" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.
Madrid təmsilçisi hesabı Kilian Mbappenin penaltidən vurduğu qolla açıb. Qarşılaşmanın sonlarına yaxın isə Raul Asensio fərqlənərək oyunun yekun nəticəsini müəyyənləşdirib. Həmin epizodda məhsuldar ötürmənin müəllifi Arda Güler olub.
Beləliklə, “kral klubu” növbəti üç xalı aktivinə yazdıraraq turnir cədvəlindəki mövqeyini möhkəmləndirib.
- “Turan Tovuz”da kütləvi ayrılıq: 9 futbolçuya vida - Rəsmi
- "Sumqayıt"dan növbəti transfer: Beninli vingerlə 3 illik müqavilə
- “Yuventus”dan tarixi qələbə: 8 ildən sonra ilk dəfə
- "Qalatasaray" "Başakşehir"i Sanenin qolları ilə məğlub edib
- Azərbaycan Kuboku: "Qaradağ Lökbatan"dan darmadağın - YENİLƏNİB
0
0