"Qalatasaray" istədi, Premyer Liqa klubu aldı
02.07.2025 - 19:49
"Qalatasaray"ın "Çelsi"dən icarə əsasında heyətinə qatmaq istədiyi Petroviçin yeni komandası bəlli olub.
Apasport.az xəbər verir ki, uzun illərdən sonra Premyer Liqaya yüksələn "Sanderlend" və "Çelsi" Petroviçin transferi üçün razılığa gəlib.
"Sanderlend" "Çelsi"yə 25 milyon avroluq transfer haqqı ödəyəcək.
Bundan sonra "Qalatasaray" "İnter"in qapıçısı Yann Sommerlə maraqlanmağa başlayıb.
Bazar dəyəri 4 milyon avro olan Sommerin "İnter"lə 30 iyun 2026-cı ilə qədər müqaviləsi var.
- ""Sabah" kubok finalında "Qarabağ"a qarşı göstərdiyi oyunu "Selye"yə göstərsə..,"
- "Mançester Yunayted" "Benfika"nın yarımmüdafiəçisini istəyir
- Qızıl medallar və kubok bu tarixdə "Qarabağ"a təqdim ediləcək
- "Liverpul"un hücumçusu ərəblərin radarında
- Messi 3 oyunluq fasilədən sonra meydana qayıtdı, fərqləndi
0
0