Saşa Yunisoğlu Polşa çempionatında neçə dəqiqə oynayıb?
14.05.2008 - 15:25
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının oyunçusu Saşa Yunisoğlu Polşa çempionatının güclülər dəstəsində 8 oyun keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı müdafiəçi “Qrotslin”in əvəzedicilərdən ibarət komandasını da nəzərə almaqla, 13 çempionat görüşünə çıxıb. Polşada ilk matçını sentyabrın 3-də əvəzedicilərin birinciliyində keçirən S.Yunisoğlu güclülər dəstəsində oktyabrın 7-də debüt edib. Oranje Ekstraklasada keçirdiyi 8 qarşılaşmanın hamısında start heyətində meydana çıxan müdafiəçi yalnız iki matçda əvəzlənib. Ümumilikdə 656 dəqiqə meydanda olan futbolçu iki dəfə sarı vərəqə ilə cəzalanıb. S.Yunisoğlunun iştirak etdiyi 8 matçda çempionatın bürünc mükafatçısı 5 qələbə qazanıb, 1 heç-heçə edib və 2 dəfə məğlub olub.
Qeyd edək ki, Polşa çempionatının güclülər dəstəsində çıxış edən ilk azərbaycanlı futbolçu Ruslan Məcidov 2006/07 mövsümündə “Vidzev”in heyətində keçirdiyi 2 oyunda 3 qol buraxmışdı. Bu il qapıçının sabiq komandası aşağı dəstəyə düşüb.
tur | Rəqib | hesab | meydan | Dəqiqə | Qol(ötürmə) | Vərəqə |
10 | “Zaqlebiye” (Lubin) | 2:1 | s | 90 | - | 1 |
11 | “Lex” | 1:0 | e | 90 | - | - |
12 | “Vidzev” | 0:1 | s | 71 | - | - |
21 | “Rux” | 2:1 | s | 90 | - | 1 |
25 | “Zaqlebiye” (Lubin) | 2:0 | e | 90 | - | - |
26 | “Lex” | 1:2 | s | 45 | - | - |
29 | “Visla” | 0:0 | e | 90 | - | - |
30 | “Odra” | 3:2 | S | 90 | - | - |
Qeyd edək ki, Polşa çempionatının güclülər dəstəsində çıxış edən ilk azərbaycanlı futbolçu Ruslan Məcidov 2006/07 mövsümündə “Vidzev”in heyətində keçirdiyi 2 oyunda 3 qol buraxmışdı. Bu il qapıçının sabiq komandası aşağı dəstəyə düşüb.
0
0