“Real” klubu Hollandiya yığmasının yarımmüdafiəçisini transfer edib
05.08.2008 - 18:02
Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın “Real” klubu heyətini Hollandiya milli komandasının üzvü Rafael Van der Vaartla gücləndirib. “APA-Sport” agentliyinin məlumatına görə, madridlilər 25 yaşlı futbolçunu Almaniyanın “Hamburq” klubundan transfer ediblər. Yeni komandası ilə 5 illik müqavilə bağlayan yarımmüdafiəçi məqsədinin əsas heyətə düşmək olduğunu bildirib: “Real”da usta futbolçular çoxdur. Bu səbəbdən ehtiyatda qalmaq anormal deyil. Amma mənim başlıca hədəfim əsas heyətdə meydana çıxmaqdır”.
0
0