Azərbaycana iki qol vuran futbolçu ölümdən döndü
19.09.2008 - 15:24
Bakı. Mehman Süleymanov - APA-Sport. Ümit Özatın ardınca Almaniyada çıxış edən daha bir futbolçu karyerasını erkən bitirmək təhlükəsilə üzləşib. “APA-Sport”un məlumatına görə, Türkiyə yığmasının və “Qalatasaray” klubunun sabiq yarımmüdafiəçisi Berkant Göktanın qanında zəhərlənmə aşkarlanıb.
“Münhen 1860” klubunun şərəfini qoruyan Berkantın az öncə ayağına dəmir parçası batdığı üçün məşqlərə çıxmadığı bildirilsə də, sonradan məlum olub ki, infeksiyaya yoluxan və qanını zəhərləyən futbolçu karyerasını 28 yaşında başa vura bilər.
Berkantın atası Fahrettin Göktan oğlunun sağlıq durumundan narahatlığını belə ifadə edib: “Oğlum ölümcül təhlükə yaşadı, qanı zəhərləndi. Bu, Berkanta Ümit Özat kimi ürəyində problem yaratdı”.
Göktan 6 il öncə İstanbulda Türkiyə olimpiya yığmasının Azərbaycanı 3:0 hesabıyla məğlub etdiyi oyunda iki qol vurub.

0
0