Subaşiç komandasını qələbəyə daşıdı
22.09.2008 - 09:51
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan yığmasının futbolçusu Branimir Subaşiç Serbiyanın “Srvena Zvezda” klubunun heyətində növbəti qolunu vurub. “APA-Sport”un məlumatına görə, ötən ay UEFA kubokunda fərqlənən 26 yaşlı hücumçu ölkə çempionatında qol hesabını “Yaqodina” ilə görüşdə açıb. Serbiya çempionatının ilk 4 oyununda qələbəyə həsrət qalan “Srvena Zvezda”nın 3:0 hesabı ilə qalib gəlməsində 19-cu dəqiqədə hesabı açan Subaşiç də payı olub. Oqnen Koromanın ötürməsindən sonra fərqlənən hücumçu start heyətində meydana çıxaraq 71-ci dəqiqədə əvəzlənib. Belqrad təmsilçisi 5 turdan sonra 5 xal toplayaraq 12 komanda arasında 7-ci pillədə qərarlaşıb.
0
0