AFFA Bakıda dünya çempionatı keçirmək istəyir
22.09.2008 - 10:19
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA-nın vitse-prezidenti Elşad Nəsirov assosiasiyanın rəsmi saytına müsahibə verib. O, Bakıda keçirilən çimərlik futbolu üzrə Avropa kuboku oyunlarının yekununu, yığmamızın çıxışı, qarşıda duran planlar haqda danışıb.
- Azərbaycan yığması ilk dəfə iştirak etdiyi çimərlik futbolu üzrə Avropa kuboku oyunlarında üçüncü yeri tutdu. Təəssüratlarınızı bilmək maraqlı olardı…
- Bildiyiniz kimi, Azərbaycan Çimərlik Futbol Federasiyası cəmi bir neçə aydır ki, aktiv fəaliyyətə başlayıb. Qısa müddətdə belə bir nəticəni qazanmaq yüksək göstəricidir. İngiltərə, Norveç və İtaliya kimi güclü yığmaları geridə qoyduq. Adlarını sadaladığım komandalar böyük təcrübəyə malikdirlər. Deməzdim ki, biz çimərlik futbolunu peşəkar səviyyədə oynayırıq. Çünki az vaxt ərzində bu mümkün də deyil. Amma qısa zaman çərçivəsində görülən işlər, inkişaf göz qabağındadır. Artıq bizdə inam var ki, yaxın vaxtlarda çalışqan futbolçularımızın və güclü baş məşqçimizin sayəsində daha da ciddi uğurlar qazanacağıq. Bu turnir göstərdi ki, komandamızda qələbə ruhu formalaşıb. Uşaqlar axıra kimi mübarizə apardılar. Rəqibin adından çəkinməmələrini xüsusi vurğulamaq istərdim. Onlar dünyanın, Avropanın ən yaxşı oyunçularına qarşı mübarizə apardılar.
- Gələcəkdə Azərbaycanda belə turnirlərin keçirilməsi planlaşdırılırmı?
- Seçmə mərhələ oyunlarını yəqin ki, Bakıda keçirə biləcəyik. 2011-ci il dünya çempionatını paytaxtımızda təşkil etmək üçün FİFA-ya təkliflərimizi irəli sürəcəyik. Ümumiyyətlə, çimərlik futbolu ilə bağlı planlarımız böyükdür.
- Söylədiyiniz turnirlər kifayət qədər səviyyəli və məsuliyət tələb edən yarışlardır. Yeni inşa edilən bu arena həmin yarışların təşkil olunmasına kifayət edəcəkmi?
- Bilirsiniz ki, belə stadion dünyada iki ölkədədir - Braziliyada, bir də Azərbaycanda. Yalnız İsveçrədə qapalı arena var. Ancaq bu stadion bizə kifayət etməyəcək. Yeni arenaların inşası üçün layihələr hazırlanacaq. Buzovnada, Novxanıda, Şüvəlanda yaxın gələcəkdə yeni arenalar istifadəyə veriləcək. Stadionların sayını çoxaldacağıq ki, gənclərin idmana marağı daha da artsın. Bizim məqsədimiz yalnız böyük futbolu inkişaf etdirmək deyil. Futbolun digər sahələrini də dirçəltmək lazımdır. Ölkəmizi dünyada, Avropada tanıtdıra biləcək bütün idman növlərinə diqqət yüksək səiyyədədir və gələcəkdə daha da çox olacaq.

0
0