Azərbaycan yığması Bolqarıstanı üstələdi
23.09.2008 - 09:44
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası (U-17) Polşada keçirilən Avropa çempionatının seçmə mərhələ oyunlarına qələbə ilə başlayıb. “APA-Sport”un məlumatına görə, almaniyalı mütəxəssis Bernard Lippertin çalışdırdığı yığmamız Qrudziadz şəhərindəki “Olimpiya” stadionunda Bolqarıstanı 3:1 hesabı ilə məğlub edib. Bu, 7 aydır olimpiya yığmamızı da çalışdıran 46 yaşlı Lippertin Azərbaycan millisinin sükanı arxasında qazandığı ilk rəsmi qələbəsi olub.
Yığmamız növbəti oyununu sabah Çernoqoriya ilə keçirəcək.
Yığmamız növbəti oyununu sabah Çernoqoriya ilə keçirəcək.
- "Yunayted"dən Bruno Fernandeş qərarı – Komandanın ən çox qazananı olacaq
- Acun Ilıcalıdan "Hall Siti" azarkeşlərinə transfer mesajı – 11 futbolçu ilə danışıqlar gedir
- "Arsenal" Tzolisi rəsmən açıqladı – Yunanıstanlı vingerlə 5 illik müqavilə
- "Fənərbaxça"da kütləvi istefa – Növbədənkənar seçki keçiriləcək
- Adeyemi "Barselona"da – Rəsmi
0
0