Baroş finalda oynamaq istəyir
03.10.2008 - 11:43
Baroş finalda oynamaq istəyir
Bakı - APA-Sport. “Hədəfimiz UEFA kubokunda final oynamaqdır. Bu istiqamətdə önəmli addım atdığımızı düşünürəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray”ın çexiyalı legioneri Milan Baroş söyləyib.

Fransanın “Lion” klubundan transfer edilən təcrübəli hücumçu üzərinə düşən vəzifəni yerinə yetirdiyini deyib: “Qol vurmaq məni çox sevindirir. Çünki işim budur. Komandamın qələbə qazanıb qrupa düşməsi isə daha sevindiricidir”.

Qeyd edək ki, Baroş “Qalatasaray”ın heyətində meydana çıxdığı 6 oyunda 7 qol vurub.
0