Qrup mərhələsinə yol haradan başlayır?
03.10.2008 - 11:46
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. UEFA kubokunun qrup mərhələsində çıxış edəcək 40 komandadan 21-i cəmi iki oyun keçirməklə bu turnirdə mübarizə aparacaq. “APA-Sport”un məlumatına görə, yarışa birinci mərhələdən başlayan komandaların qrupa gedən qısa yolu daha asan olub. Digər 19 komanda isə ya təsnifat mərhələləri, ya da başqa kuboklardan “transfer” olunub. “Neftçi” kimi İntertoto kubokunda çıxış edən komandalardan 5-i UEFA kubokunun qrup mərhələsinədək irəliləməyi bacarıb. Ən azı 3 rəqibi zərərsizləşdirən “beşlik” kimi turnirin birinci təsnifat mərhələsindən mübarizəyə başlayanlar arasında da qəhrəmanlıq edənlər olub. “Olimpik” və “Xəzər-Lənkəran”la eyni vaxtda yola çıxan 5 komanda 3 səddi keçərək qrupa qədər gedib çıxmağa nail olub. Ortababların mübarizəyə qatıldığı ikinci təsnifat mərhələsindən turnirə qoşulanların aqibəti isə acı olub. Bu “xoşbəxt”lərin hamısı qrupa aparan yolda “bədbəxt” olub.
Doqquz komanda isə “İnter”in də mübarizəni dayandırdığı Çempionlar Liqasının qrupuna layiq olmadıqlarını başa düşəndən sonra digər turnirdə uğur dalınca qaçır. Qeyd edək ki, qrup mərhələsində çıxış edəcək komandalar 19 ölkəni təmsil edir.

0
0