“Neftçi”nin futbolçusu Avropa çempionlarına qarşı
03.10.2008 - 12:10
“Neftçi”nin futbolçusu Avropa çempionlarına qarşı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun estoniyalı futbolçusu Dmitri Kruqlov Avropa çempionlarına qarşı oynayacaq. “APA-Sport”un məlumatına görə, 24 yaşlı sol cinah yarımmüdafiəçisi Estoniya yığmasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya ilə oktyabrın 11-də Tallində keçiriləcək rəsmi oyununa dəvət alıb. 22 futbolçu arasında yer alan Kruqlov Türkiyə millisinə qarşı çıxış etmək imkanı da qazanıb. Belə ki, estonlar ispanlarla görüşdən 4 gün sonra Fatih Terimin komandasını qəbul edəcək.
0