Hər şey bitdimi?
09.11.2008 - 23:30
Bakı. Aqşin Əliyev - APA-Sport. Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan UEFA kuboku uğrunda yarışın elit mərhələsinin C qrupunun oyunları davam edir. “APA-Sport”un məlumatına görə, Azərbaycan çempionu “Araz” bu gün ikinci matçına çıxıb. Böyükağa Hacıyevin rəhbərlik etdiyi kollektiv Moskva “Dinamo”su ilə qarşılaşıb.
Rəqibə ciddi müqavimət göstərməsinə baxmayaraq, “Araz” 2:4 hesablı məğlubiyyətlə üzləşib. Oyunun gedişində 0:3 hesabı ilə yenik duruma düşən komandamız sonradan Serjao və Namiq Məmmədkərimovun qolları sayəsində fərqi minimuma endirib. Lakin rusiyalılar qələbəni əldən verməyiblər.
Bu məğlubiyyət “Araz”ın yarış cədvəlindəki durumunu çətinləşdirib. Hazırda 3 xalla 2-ci pillədə qərarlaşan təmsilçimizin növbəti mərhələyə - yarımfinala yüksəlmək şansı demək olar, qalmayıb. Çünki yarımfinala yalnız qrup qalibi yollanacaq. Bu baxımdan “Araz”ın 1-ci yeri tutmaq üçün nəzəri şansları var.
Qeyd edək ki, futzalçılarımız ilk turda Xorvatiyanın “Nasional” klubunu məğlub etmişdilər (4:3). Təqvimə əsasən, “Araz” son oyununu noyabrın 11-də Rumıniya çempionu “Odorheu”ya qarşı keçirəcək.

- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0