Portuqaliya AFFA-dan yenə möhlət istədi
10.11.2008 - 18:40
Bakı. Aqşin Əliyev - APA-Sport. Portuqaliya Futbol Federasiyasının rəhbərliyi Azərbaycan yığması ilə 2009-cu il aprelin 1-də yoldaşlıq görüşü keçirmək təklifinə hələlik cavab verməyib. Bu haqda “APA-Sport”a məlumat verən AFFA-nın baş katibi Elxan Məmmədovun sözlərinə görə, portuqaliyalılar təklifi dəyərləndirmək üçün daha bir həftə möhlət istəyiblər.
Hərçənd, qarşı tərəfin milli assosiasiyamıza noyabrın 10-dək cavab göndərəcəyi gözlənilirdi. Lakin qeyri-müəyyən səbəbdən AFFA-ya məktub göndərilməyib. Elxan Məmmədov vurğulayıb ki, portuqaliyalıların cavabına uyğun müvafiq tədbir görüləcək: “Portuqaliya Futbol Federasiyasının rəsmiləri ilə telefonla danışmışam. Onlar bu həftə bizə qəti cavab verəcəklər. Əgər Portuqaliya milli komandamızla oynamaqdan imtina etsə, aprelin 1-i üçün başqa rəqib axtaracağıq”.

- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0