“Qalatasaray” “Beşiktaş”ı devirdi
21.12.2008 - 23:03
Bu gün Türkiyə Superliqasında 2008-ci ilin son derbisi oynanılıb. Apasport.az saytının məlumatına görə, “Ali Sami Yen” stadionunda “Qalatasaray” “Beşiktaş”ı qəbul edib. Azarkeşlər möhtəşəm derbidə 6 qol izləyiblər.
Hesabı 8-ci dəqiqədə “Cim Bom”un əslən azərbaycanlı futbolçusu Sərvət Çətin açıb. Ancaq Mixael Skibbenin yetirmələrinin qol sevinci uzun çəkməyib. Belə ki, Delqado 13-cü dəqiqədə hesabı bərabərləşdirib. Bundan sonra, “Qalatasaray”ın çexiyalı ulduzu Milan Baroş səhnəyə çıxıb. O, 16-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib - 2:1.
Fasilədən sonra da hər şey “sarı-qırmızılar”ın istəyinə uygun olub. 50-ci dəqiqədə Delqado meydandan qovulub. Cəmi 4 dəqiqə sonra Baroş hesab arasındakı fərqi artırıb. Holosko 56-cı dəqiqədə hesabı 3:2 etsə də, “Beşiktaş” məğlubyyətdən yaxa qurtara bilməyib. Oyunda son nöqtəni də Baroş qoyub. İkinci dəfə penaltini zərbəsini dəqiq yerinə yetirən futbolçu yekun hesabı müəyyənləşdirib - 4:2.
Bu qələbədən sonra “Qalatasaray” 33 xalla 3-c pilləyə yüksəlib. “Beşiktaş” isə 6-cı sırada qalıb.

- Salaha Avropadan ən yaxşı təklifi “Beşiktaş” edib – Qərar gözlənilir
- "Real Madrid" Rodri üçün hərəkətə keçdi – "Mançester Siti" ilə danışıqlar başladı
- Uğurcan Çakır: "Ən çətin qərarım "Trabzonspor"dan ayrılmaq idi"
- “Arsenal” istəyir, “Real” buraxmır – Vinisiusla yeni müqavilə imzalanacaq
- Kasper Hö “Seltik”də – 5 illik müqavilə
0
0