“Biz 2-3 tur əvvəldən çempion olmalı idik”
04.05.2010 - 23:01
“İlk oyunda heç nədən məğlub olduq. Ancaq buna baxmayaraq, şansımız var. Onsuzda bu mərhələni keçmək üçün qol vurmalıyıq. Qol vurmadan necə mərhələ keçə bilərik? 1:0 sürüşkən hesabdır. Əgər “İnter” bizi səfərdə məğlub edibsə, biz niyə eyni aqibəti onlara yaşatmayaq?” Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Elvin Əliyev deyib.
Ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “İnter”lə qarşılaşacaq paytaxtın eyniadlı komandası görüşə ciddi yanaşır. “Bakı”nın son 3 oyunda qələbə qazana bilməməsi Elvin Əliyevi narahat etmir. O, komandanın son uğursuzluğa toxunaraq, “İnter”lə oyunda buna son vermək niyyətində olduqlarını bildirib: “Ötən il çempion olmuşuq. Bu mövsüm də həm çempion olmaq, həm də kuboku qazanmaq istəyirik. Əslində, 2-3 tur əvvəldən çempion olmalı idik. Sadəcə, bəxtimiz gətirmədi. Rəhbərlik qarşımıza avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyub. Azərbaycanda klublar o qədər də güclü deyil ki, bu məqsədimizi həyata keçirə bilməyək. Bizi çempionluqdan və kubokdan cəmi 2 oyun ayırır”.

0
0