Ağ-qara yazı
17.06.2010 - 14:51
Eşitdiyimə görə, Afrikada yaşayan qadınlar ucdantutma düz qamətli olurlar. Səbəb sadə və inanılmazdı: başlarında şələ daşımaqdan. Dünya çempionatına baxanda gördüm kişilərin də kürəyinin yonqarı yoxdu. Afrikalıları başlarındakı şələ yox, Günəş şax saxlayır, Günəş! Əslində, mundial başlamamış yazı beynimdə hazırıydı. Futboldan ilk dəfə 2002-ci ildə yazmışam. Bu, ikincisi olmalıdı. Köşənin taktiki quruluşu beləydi:
1. Honduras dünya çempionu olur və biz hər yerdə şəstlə deyirik ki, millimiz FİFA 2010-un qalibiylə yoldaşlıq görüşündə başabaş oynadı. Özü də 10 (!) nəfərlə (bu tezis köşənin forvardıydı)!
2. Kot d‘İvuar yığması iyunun 25-i, gecəylə vətənə dönür. Çünki bu ölkə futbolçuları mərhələ adlasalar, “Xəzər” TV-dən tutmuş “Futbol” qəzetinəcən bütün yazılı və elektron KİV-lər Kot d ‘İvuarın adını hərəsi bir cür yazacaq, mən də işimi-gücümü atıb onları “redaktə” eləməklə məşğul olacam (bu tezis yarmmüdafiədə oynamalıydı, hesabla).
3. Argentinalı ulduz Messinin ağ və yumşaq bənizli fotolarının Afrikanı bəzəməyi məndə narahatlıq doğurur. Burası Afrika! Fanatlar ulduzları təkcə sevmir, həm də… basıb yeyə bilirlər (üçüncü tezis qapıda dayanmalıydı).
Açığı, bir ehtiyat tezisim də vardı. Bəzi müxalifətçilər çempionata xeyli qalmış proqnoz verib İspaniyanı qalib elan eləmişdilər. Həmən düşündüm ki, sonuncu Avropa çempionu mərhələ adlamayacaq. Afrikalıların “qara zurnasının” səsini eşidəndən sonra isə mundiala və yazıya azarım öldü. Ayın 11-i saat 19:00-da mundialın açılış fiti səslənəndə qulaqlarımı tıxayıb gözlərimi geniş açdım.
CAR əla oynadı, Meksika isə əla yığmadı.
Uruqvay Amerika qitəsinin, Fransa Zidanın üstündə dayanırmış. Cənubi Koreya Yunanıstanı Şimali Koreya bilib darmadağın elədi.
Argentinanın vurduğu 1(!) top Nigeriya üçün 3 bal demək idi. İngiltərə - ABŞ görüşü ABŞ - İngiltərə siyasətinə oxşayırdı.
Əlcəzair - Sloveniya və Serbiya - Qana görüşlərində “qara zurnanı” dinləmək daha xoş idi.
Almaniya Avstraliyaya hücum yox, qəsd eləyirdi.
Hollandiyaya baxmadım. Danimarkayla heç birinə rəğbətim yoxdu. Futbola görə yox ha! Birinə nigah, o birinə peyğəmbərin karikaturası məsələsindən ötrü.
Yaponiya Kameruna uduzmalı olduğunu uddu.
İtaliya - Paraqvay oyununda kimin sonuncu dünya çempionu olduğu bilinmirdi.
Yeni Zelandiya Slovakiyanı əməllicə “yağladı”.
Kot d’İvuar Portuqaliyanı yaxşı ki, udmadı, onu 1/8-də görmək istəməməyimin səbəbini yuxarıda yazmışam.
Braziliya – Şimali Koreya oyunundakı birinci top məni Dünya çempionatını həm qulaq, həm də gözlə izləməyə sövq elədi.
Honduras - Çili oyunu yadımda qalmadı.
Hə, bu da İspaniya! İsveçrə 1 qolla canını qurtarsa, böyük işdi. Və hər şey əksinə oldu…
Çempionatın keçirildiyi Cənubi Afrikada hava gündən-günə soyuyur. Srağagün yağış, dünən qar yağıb. Dünya da, iqlim də dəyişib: Afrikada mundial keçirilir, yağış-qar yağır. Amma qara qitənin övladları indi daha şəstlə gəzirlər. Çünki insanı təkcə şələ şax saxlamır, bircə Günəş qızdırmır. Diqqət! Diqqət Afrika qitəsinə! Mundial - zad boş şeydi…
Qulu AĞSƏS

0
0