Azərbaycanlı futbolçunun “Dinamo” klubuna keçidi reallaşdı
03.03.2011 - 11:30
Ukrayna yığmasının futbolçusu Aleksandr Əliyev yenidən klubunu dəyişib. Apasport.az saytının məlumatına görə, əslən Azərbaycandan olan 26 yaşlı yarımmüdafiəçinin Ukraynada “transfer pəncərəsi”nin bağlanmasına bir neçə saat qalmış Kiyev “Dinamo”suna qayıdışı rəsmiləşib.
“Lokomotiv”in prezidenti Olqa Smorodskaya ilə “Dinamo”dakı həmkarı İqor Surkis sonda transferlə bağlı razılığa gələ biliblər. Surkis keçiddə baş məşqçiləri Yuri Syominin rolundan danışıb: “Syomin Aleksandrı qış fasiləsində alınmasını çox istəyirdi. Buna görə də biz danışıqların bərpası üçün arqumentlər tapdıq”.
Qeyd edək ki, soydaşımız ötən il Syominin “Dinamo”dan “Lokomotiv”in sükanı arxasına qayıdışından sonra onun yanına gəlmişdi. Rusiyalı mütəxəssis keçən mövsüm bitəndən sonra Kiyevə qayıtdı və “Lokomotiv”in qış hazırlığında iştirak etməyən Aleksandr doğma məkana qayıtmaq istəyirdi.

- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU
0
0